“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsində ölkənin aktiv fəaliyyəti Azərbaycan, Rusiya və İran arasındakı əlaqələrin inkişafı ilə yanaşı, dəhlizin digər üzv dövlətləri ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Bu isə ölkənin nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə də öz töhfəsini verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan-İran sərhədi yaxınlığında, qonşu dövlətin ərazisində yerləşən, Astara yük terminalının, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən, inşası davam edir. Buna baxmayaraq artıq 2018-ci ildən başlayaraq tikinti işləri ilə yanaşı terminalda yükaşırma əməliyyatları həyata keçirilir. Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımaların həcminin artırılması nəticəsində, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin operator olduğu, Astara yük terminalından 2019-cu il ərzində aşırılan yük həcmlərində artım müşahidə edilib.
Belə ki, məlumata görə, 2019-cu ildə Astara terminalında 363 842 ton yük aşırılıb, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 33% çoxdur.
“Azərbaycandan tranzit kimi nəql olunan yüklər, həm Rusiyadan İrana həm də əks istiqamətində daşınan yüklərdir. Bunların arasında əsasən, taxta və taxta məmulatları (aşırılan yüklərin ümumi həcmindən 48% təşkil edib), dənli bitkilər (17%), tikinti materialları (18%), meyvə-tərəvəz, konteyner və digər yüklərdir (17%)”, - məlumatda qeyd edilir.
Ötən il gün ərzində aşırılan yüklərin həcminə gəlincə, terminalda orta hesabla gündə 23 vaqon və ya 1 373 ton yük aşırılıb ki, 2018-ci ildə bu göstərici müvafiq olaraq 16 vaqon və ya 1056 ton yük təşkil edib. Aşırılan yüklərin əksəriyyəti və ya 82% tranzit yüklərin payına düşüb. Onu da qeyd edək ki, 2019-cu ildə ən çox yük noyabr ayında aşırılıb, həmin ayda 40 472 ton yük aşırılıb ki, bu da bu vaxta qədər 1 ay ərzində aşırılan yüklərin həcmində rekord göstərici hesab edilir.
Xatırlada ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara terminalının inşasına 2016-cı ildə start verilib, 2018-ci il mart ayında tikintinin birinci fazası yekunlaşdırıldı. Yükaşırma əməliyyatları terminalda 2018-ci ilin fevral ayından həyata keçirilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər