Əsas səhifəQəzaBakıda motosiklet ağaca çırpılıb, xəsarət alan var
PAYLAŞ

Bakıda motosiklet ağaca çırpılıb, xəsarət alan var

Qəza 04 Fevral 2020 11:54 1459

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Azneft meydanının yaxınlığında qeydə alınıb.

"Harley Davidson" markalı motosikletin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020