Əsas səhifəİqtisadiHeydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir
PAYLAŞ

Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir

İqtisadi 04 Fevral 2020 11:59 2021

Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb. Yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration (TSA) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olublar.

TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış olublar. Həmçinin aeroport ərazisinin və perronun təhlükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiber hücumlardan qorunma səviyyəsinin və sair qiymətləndirilməsi həyata keçirilib.

Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəlib.

Yoxlama qrupunun mütəxəssisləri “Azərbaycan Hava Yolları” yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduğunu qeyd ediblər.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1949

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020