Əsas səhifəQəza"Land Cruiser" işıq dirəyini qopardı: Şok qəzanın səbəbləri
PAYLAŞ

"Land Cruiser" işıq dirəyini qopardı: Şok qəzanın səbəbləri

Qəza 04 Fevral 2020 12:29 1811

Zərbənin təsirindən avtomobil aşıb

Bakıda yüksək sürətlə hərəkət edib qəzaya düşən sürücünün dəhşətli görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Nobel prospektində hərəkət edən "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və sonra ayırıcı zolağın üzərinə çıxaraq işıq dirəyini aşırıb. Qəzanın səbəbləri araşdırldıqda məlum olub ki, sürücü sükan arxasında telefondan istifadə etdiyi üçün fikri yoldan yayınıb. Bu zaman sərt döngəyə daxil olan zaman idarəetməni itirərək ağır qəzaya düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, "hündür avtomobil idarə edən sürücülər bəzən təhlükəsizlik kəməri taxmır və ümumilikdə təhlükəsizlik qaydalarına riayət etmir. Onlar elə düşünür ki, bu tip avtomobillərlə qəzaya düşəndə xəsarət və ya ölüm olmur.  Lakin videoda göründüyü kimi zərbənin təsirindən təhlükəsizlik yastıqları açılaraq avtomobil aşır. Baş verən qəzanın xəsarətsiz ötüşməsi mümkünsüz görünür. Ona görə də avtomobilin markasından, modelindən, tipindən asılı olmayaraq mütləq təhlükəsizlik kəmərləri taxılmalı və qaydalara riayət olunmalıdır".

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020