Əsas səhifəÖlkəXidməti kurslara qəbulla bağlı məlumat
PAYLAŞ

Xidməti kurslara qəbulla bağlı məlumat

Ölkə 04 fevral 2020 13:00 827

Daxili İşlər Nazirliyinin Baş Dölət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edir.

Kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak  edə bilərlər.

Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər gün saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dölət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

şəxsiyyət vəsiqəsi
təhsil haqqında sənədin əsli
hərbi bilet
əmək kitabçası (olduğu halda)
sürücülük vəsiqəsi
məhkumluğunun olmaması barədə arayış

Əlaqə telefonları:   +99412 590 81 10, +99412 590 81 39

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020