Əsas səhifəÖlkəGəncəni bir-birinə qatan 3 "avtoş" belə tutuldu
PAYLAŞ

Gəncəni bir-birinə qatan 3 "avtoş" belə tutuldu

Ölkə 04 Fevral 2020 14:09 1421

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyev saxlanılıb.

Saxlanılan şəxslərin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında əsasən toy karvanlarında avtoxuliqanlıq etdikləri məlum olub.

Saxlanılan şəxs Arif Tağızadə əməlindən peşman olduğunu bildirib: “Toy karvanında gedirdim. Motorun gücü olduğundan yol boşluq oldu. Qaz verdim təkərlər eşdi. Camaatı narahat etdim. Əməlimdən peşmanam”.


Asif Tağızadə də törətdiyi əməli etiraf edib: “Şəhərdəydim, boşluq idi. Çıxdım “VAZ-21074” gördüm, onunla sürdüm. Yarışdıq, manevrlər etdik. Beynimə nə gəldi, etdim. Sonra tutub gətirdilər”. Toğrul Əliyevin də dedikləri digərlərindən fərqlənməyib: “Toy karvanı gördüm. Gördüm aləm bir-birinə dəyib. Yol da boş idi. Elə birdən-birə mən girdim toy karvanına, avtoxuliqanlıq etdim. Əməlimdən peşmanam”.

Baş inspektor Hacı Həsənovun sözlərinə görə, “Chevrolet” və “VAZ-21074” markalı avtomobillərlə avtoxuliqanlıq edən bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunub: “Mən gənclərimizi belə kobud qayda pozuntularından çəkinməyə səsləyirəm. Arzu edərdik ki, sürücülərimiz görülmüş inzibati tədbirlərdən, eləcə də digər təbliğat işlərindən nəticə çıxartsınlar və yollarda hərəkət zamanı qaydalara əməl etməklə yüksək yol mədəniyyəti nümayiş etdirsinlər”.

Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verərək, onları 1 il sürücülük hüququndan məhrum edib. Qeyd edək ki, son bir həftə ərzində Gəncənin müxtəlif ərazilərində avtoxuliqanlıq etdiyi üçün 7 nəfər saxlanılıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020