Əsas səhifəXariciTəyyarənin mühərriki alışdı: Onlarla sərnişin ölümdən döndü
PAYLAŞ

Təyyarənin mühərriki alışdı: Onlarla sərnişin ölümdən döndü

Xarici 04 Fevral 2020 14:21 1413

Madrid-Toronto reysi ilə uçan "Boeing”də aeroporta bir neçə kilometr qalmış yanğın baş verib.

Bildirilir ki, uçuş zamanı təyyarənin şassisi zədələnib və qalıqlar mühərrikə düşüb. Pilot dərhal problem barədə dispetçerə xəbərdarlıq edib və aeroporta qayıdacağını bildirib. Havaya dərhal hərbi qırıcı qaldırılıb.


Layner qəzalı eniş etməzdən əvvəl yanacağın bitməsi üçün İspaniya paytaxtı üzərində dörd saat dövrə vurub, qırıcı da bu müddət ərzində onu müşayiət edib. Həmin müddətdə aeroportda təhlükəsizlik tədbirləri görülüb.

Enişə yaxınlaşan vaxt mühərrik yanıb. Təyyarə silkələnməyə başlayıb, bununla belə, pilotlar onu Madridin "Baraxas” aeroportunda endirə biliblər.

Göyərtədə həmin vaxt 128 sərnişin olub. Onlar arasında xəsarət alan yoxdur.


MƏNBƏ: azxeber.com

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020