Əsas səhifəQəzaİki minik avtomobili toqquşdu: 6 yaralı
PAYLAŞ

İki minik avtomobili toqquşdu: 6 yaralı

Qəza 05 Fevral 2020 10:25 1240

Türkiyənin Bursa əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 6 nəfər yaralanıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Yenişəhər rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 16 UR 134 qeydiyyat nömrə nişanlı minik avtomobillə, 16 ADF 01 qeydiyyat nömrə nişanlı maşın toqquşub.

Qəzada hər iki avtomobilin salonunda olan Nuran Z., Məhmət A., Ebru A., Oqtay A., Emin K. və Nedim K. müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Yenişəhər Dövlət Xəstəxanasına çatdırılıblar.


Polis faktla bağlı araşdırmalara başlayıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020