Əsas səhifəXariciÇində sərnişin aviadaşımalarının həcmi 12,1% azalıb
PAYLAŞ

Çində sərnişin aviadaşımalarının həcmi 12,1% azalıb

Xarici 05 Fevral 2020 10:27 1153

Çinin milli aviaşirkətlərinin reyslərinin sayı yeni növ koronavirusa görə il ərzində 12,1% azalaraq 353,7 minə düşüb. Avtosfer.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Çinin Mülkü Aviasiya İdarəsi məlumat verib. Məlumata görə, 10 yanvar - 4 fevral tarixlərində Çin aviaşirkətlərinin təyyarələri 272,8 mindən çox daxili və 80,8 mindən çox beynəlxalq uçuşlar edib. Fevralın 4-nə olan məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə uçuşların sayı 63,8% azalıb.


Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020