Əsas səhifəQəzaKürdəmirdə avtomobil beton lövhəyə çırpıldı
PAYLAŞ

Kürdəmirdə avtomobil beton lövhəyə çırpıldı

Qəza 05 Fevral 2020 11:07 1104

Kürdəmirdə yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1971-ci il təvəllüdlü Soltanov Atif Əziz oğlu “VAZ-2109” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020