Əsas səhifəÖlkəYol polisi "protiv" gedən "Niva" sürücüsünü cərimələdi
PAYLAŞ

Yol polisi "protiv" gedən "Niva" sürücüsünü cərimələdi

Ölkə 05 Fevral 2020 11:12 1446

Yanvar ayının 29-u səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində şütüyən “Niva” markalı avtomobilin sürücüsü “avtoş”luq edib. Avtosfer.az xəbər verir ki, bu barədə hadisə şahidi olan sürücülər məlumat veriblər.

Belə ki, Mikayıl Əliyev küçəsində “Niva” markalı, 99 TM 311 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətinə çıxıb. O, yüksək sürətlə hərəkət edərək digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, artıq həmin sürücü yol polisi tərəfindən aşkarlanlb. "Həyata keçirilən tədbirlər nəticəsində sürücü aşkarlandı. Ona İnzibati Xətalar Məcəlləsinin 327.4-cü madddəsinin tələblərinə uyğun olaraq 100 manat və 4 cərimə balı tətbiq olundu."


Vaqif Əsədov sürücüləri qaydaları pozmamağa, təhlükə yaratmamağa çağırıb. 


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020