Əsas səhifəÖlkə"Bibiheybət yolu"nun tam açılacağı tarix bilindi
PAYLAŞ

"Bibiheybət yolu"nun tam açılacağı tarix bilindi

Ölkə 05 Fevral 2020 12:57 1205

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.  Avtosfer.az xəbər verir ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınləqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.


Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020