Əsas səhifəAvtomobil YollarıTürkiyədə sərnişin avtobusu aşdı: 1 ölü, 20 yaralı
PAYLAŞ

Türkiyədə sərnişin avtobusu aşdı: 1 ölü, 20 yaralı

Avtomobil Yolları 05 Fevral 2020 13:00 1631

Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında Ərzurum-Pazinler avtomagistralının Hamamdərəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Xorasan rayonundan Ərzuruma sərnişin daşıyan R.T.-nin idarə etdiyi  25 BB 153 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 1 nəfər ölüb, daha 20-si isə xəsarət alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.


Polis faktla bağlı araşdırmalara başlayıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020