Əsas səhifəÖlkəAvtomobil qaçıran şəxs postda yaxalandı
PAYLAŞ

Avtomobil qaçıran şəxs postda yaxalandı

Ölkə 05 Fevral 2020 13:02 1047

Sabirabad sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi nə (RPŞ) müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tərdbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə Baş Dövlət Yol Polisi İdarəsinin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və Sabirabad RPŞ-nə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020