Əsas səhifəMaraqlıİlk Lexus LC 500 kabrioleti iki milyon dollara satılıb
PAYLAŞ

İlk Lexus LC 500 kabrioleti iki milyon dollara satılıb

Maraqlı 05 Fevral 2020 13:44 1724

İlk Lexus LC 500 kabrioleti Barrett-Jackson hərrac evinin təşkil etdiyi hərracda satılıb. 100001 VIN-nəmrəsinə malik olan kabrioletin yeni sahibi avtomobil üçün iki milyon dollar ödəyib. Beləliklə, ilk LC 500 kabrioleti Lexus markasının tarixində olan ən bahalı avtomobilə çevrilib.

Hərracda satılmış kabriolet 100 nüsxəlik tiraja malik olan məhdud saylı Inspiration "salamlama" seriyasından olan ilk avtomobildir. Hərracda satılmış avtomobil kuzovun parlaq-göy Structural Blue rənginə, həmçinin Inspiration Series Launch Edition 1 of 1 yazıları olan karbondan dekor elementlərinə sahibdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, adının açıqlanmasını istəməyən alıcı bir neçə əlamətdar aksesuara da sahib olub. Onların arasında kabrioeltin çərçivəyə salınmış eskizi, Lexus zavodunun direktorunun və mühəndislərinin imzaladığı sertifikat, konveyerdəki yığım prosesini əks etdirən şəkillərdən ibarət portfolio, həmçinin Lexus məktəbindəki sürücü kurslarına qatılmaq hüququ verən sertifikat və Pebbl-Biçdəki oteldə üç gecəlik qonaqlama sertifikatı da vardır.

Ekslklyuziv kabrioletin satışından əldə edilmiş vəsait amerikan uşaqlarına və veteranlarına yardım edən xeyriyyə fondlarına yönəldiləcəkdir.


MƏNBƏ: milli.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020