Türkiyənin məşhur aktyoru Gökçə Özyol həbs edilib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, tanınmış aktyor İstanbulun Kadıköy rayonunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Bununla bağlı o, məhkəməyə çıxarılıb. Hakim, Gökçə Özyola verdiyi 25 gün həbs cəzasını 500 lirəyə çevirib. Ancaq, daha əvvəl keçmiş həyat yoldaşını döydüyünü öyrənən hakim, ona yenidən həbs cəzası verib.
Bildirilir ki, Gökçə Özyol 2013-cü ildə keçmiş həyat yoldaşı Gökçə Aytac Özyol'u döydükdən sonra məhkəməlik olublar. Aktyora o vaxt 1 il 7 ay həbs cəzası verilmişdi. Lakin, ilk cinayət işi olduğundan cəza 5 il yoxlama müddəti altında tutulma ilə əvəzlənmişdi.
Buna görə də, hakim ertələnmiş cəzanı da hesaba alaraq Özyola 1 il 7 ay həbs cəzası kəsib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər