Əsas səhifəXariciXarkovda “09” “Daewoo” ilə toqquşdu: 5 ölü, 1 yaralı
PAYLAŞ

Xarkovda “09” “Daewoo” ilə toqquşdu: 5 ölü, 1 yaralı

Xarici 06 Fevral 2020 11:14 1607

Ukraynanın Xarkov şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 5-də axşam saatlarında Kiyev-Xarkov-Doljansk avtomagistralının İzyumsk rayonu ərazisində qeydə alınıb. Bu barədə Ukrayna Milli Polisinin saytında məlumat verilib. 

Məlumata görə, ikinci dərəcəli yoldan əsas yol çıxan “VAZ-2109” markalı minik maşını, “Daewoo Nubir” markalı minik avtomobili ilə toqquşub. Zərbənin şiddətində hər iki maşın deformasiyaya uğrayıb.

Nəticədə “VAZ”ın salonundakı 3 nəfər ilə “Daewoo”da olan 2 nəfər dünyasını dəyişib. Daewoo”dakı daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırmalara başlanılıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020