Əsas səhifəQəzaQadını iki avtomobil vuraraq öldürdü - Gəncədə
PAYLAŞ

Qadını iki avtomobil vuraraq öldürdü - Gəncədə

Qəza 06 Fevral 2020 11:30 1350

Gəncədə yol qəzasında piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə fevralın 5-də, şəhərin Ə.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Mehman Qəhrəmanov idarə etdiyi “Toyota corolla” markalı avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Elminaz Məmmədovanı vurub. Bu zaman qadın zərbənin təsirindən həmin yolda hərəkətdə olan digər sürücü, 1994-cü il təvəllüdlü Nadir Qocayevin avtomobilinə çırpılıb. Nəticədə E.Məmmədova hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020