Gəncədə yol qəzasında piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə fevralın 5-də, şəhərin Ə.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Mehman Qəhrəmanov idarə etdiyi “Toyota corolla” markalı avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Elminaz Məmmədovanı vurub. Bu zaman qadın zərbənin təsirindən həmin yolda hərəkətdə olan digər sürücü, 1994-cü il təvəllüdlü Nadir Qocayevin avtomobilinə çırpılıb. Nəticədə E.Məmmədova hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər