Qəbələ rayonunda 1 nəfərin ölümü, 1 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Avtosfer.az-a verilən məlumata görə, fevralın 5-də saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər