Əsas səhifəMaraqlıBenzinlə və dizellə işləyən avtomobillərə qadağa qoyulur
PAYLAŞ

Benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoyulur

Maraqlı 06 Fevral 2020 14:30 1576

İngiltərə hökuməti 2035-ci ildə və ya daha erkən benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoymağı planlaşdırır. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, İngiltərənin baş naziri Boris Johnson, təbiətşünas David Attenboroughla iştirak etdiyi London Elm Muzeyində təşkil olunmuş tədbirdə, "CO2 tullantılarını azaltmağı və İngiltərə olaraq bu sahədə mümkün olanı ən qısa zamanda sıfıra endirməliyik” açıqlamasını verib.

Qeyd edək ki, Paris, Madrid, Mexiko və Afina bələdiyyə başçıları 2025-ci ilə qədər dizellə işləyən maşınların şəhər mərkəzlərində hərəkətini qadağan edəcəkləri ilə bağlı fikirlərini bəyan etmişdilər.  

Fransa 2040-cı ilə qədər neft məsulları ilə işləyən maşınların satışını qadağan etməyə hazırlaşır və Norveç parlamenti isə 2025-ci ilə qədər bütün nəqliyyat vasitələrinin elektrikli olmasını hədəflədiklərini bildiriblər.


 


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020