Əsas səhifəÖlkəYol Polisindən bu şəxslərə XƏBƏRDARLIQ
PAYLAŞ

Yol Polisindən bu şəxslərə XƏBƏRDARLIQ

Ölkə 06 Fevral 2020 14:43 1246

Son vaxtlar gənclər və yeniyetmələr arasında avtoxuliqanlıq edənlərin sayı artıb. Bakıda, Gəncədə və respublikanın digər bölgələrində onlarla fakt aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, valideynlərə avtoxuliqanlıqla bağlı xəbərdarlıq edib.

BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, son günlərdə Azərbaycanda avtoxuliqanlıq edən gənclərə və yeniyetmələrə tez-tez rast gəlinir:

“Həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişı pozaraq digər hərəkət istirakçılarına təhlükə yaradır, bu azmış kimi qanuna zidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.

Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, mümkün qədər onların sosial şəbəkə hesablarını nəzarətdə saxlamağa çağırır. Bundan əlavə, DYP bildirir ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmurlar, onlar övladları ilə yanaşı, digər şəxslərin də həyatı üçün real təhlükə yaratmış olurlar”.

“Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də, sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür.

Son iki həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.

Yol polisi digər valideynlərin də bu məsələdə diqqətli olmalarını tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və ağır yol nəqliyyat hadisələri nəticəsində sizin övladlarınız da ağır xəsarət ala və ya vəfat edə bilər.

Ona görə ağır fəsadlar baş vermədən valideynlər vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək”, - deyə K.Əliyev qeyd edib.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020