Əsas səhifəÖlkəAvtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı
PAYLAŞ

Avtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı

Ölkə 06 Fevral 2020 14:56 1593

Bakıda avtomobil qaçırılıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 29-da, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında qeydə alınıb.

Belə ki, naməlum şəxs Biləcəri qəsəbə sakini M.Babayevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.

Daha sonra bu barədə M.Babayevin anası Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin avtomobil Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü T.Cəfərov tərəfindən qaçırılıb. O, fevralın 2-də isə qaçırdığı “Mercedes” markalı avtomobili həmin yerə gətirərək ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020