Əsas səhifəXariciKanadada neft yüklü qatar relsdən çıxdı: 100-ə yaxın insan təxliyə edildi
PAYLAŞ

Kanadada neft yüklü qatar relsdən çıxdı: 100-ə yaxın insan təxliyə edildi

Xarici 07 Fevral 2020 10:31 2036

Kanadanın Saskaçevan vilayətində neft yüklü qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Avtosfer.az xəbər verir ki, insident təxminən 100 kilometr cənub-şərqdə, Saskatun şəhəri ərazisində qeydə alınıb. Bu barədə ötən gün “CBC” telekanalı məlumat verib.

Məlumata görə, 30 yaxın vaqon relsdən çıxıb, onlardan bəziləri yanıb. Yerli icra nümayəndələri, güclü qatı tüstüləmə səbəbindən ətrafda yaşayan sakinləri təxliyə etmək qərarı veriblər.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Qəzaya görə bir neçə avtomobil yolu da bağlanıb.


Hadisənin baş vermə səbəblərini, relsdən çıxan qatarın məxsus olduğu “Canadian Pacific” şirkətinin və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri araşdıracaq.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020