Əsas səhifəNəqliyyatHeydər Əliyev Beynəlxalq Aeroportu ən punktual aviaşirkətlərin adlarını açıqlayıb
PAYLAŞ

Heydər Əliyev Beynəlxalq Aeroportu ən punktual aviaşirkətlərin adlarını açıqlayıb

Nəqliyyat 07 Fevral 2020 10:38 2081

Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Aeroportdan “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən “China Southern” (Çin) və “Ural Hava Yolları” (Rusiya) 100% punktuallıq göstəriblər.

“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%),  “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetiriliblər.

Qeyd edək ki, ümumilikdə, 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020