Əsas səhifəQəzaBakıda iki avtomobil toqquşub, xəsarət alan var
PAYLAŞ

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Qəza 07 Fevral 2020 10:42 1408

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər bədən xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.

Zaur Həsənovun idarə etdiyi "Kia Cerato" markalı nəqliyyat vasitəsi Rəsul Rza küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində "Kia Rio" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia Rio"nun sürücüsü Mirsəttar Əsədov ağır xəsarət alıb. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020