Çinin “Huawei” korporasiyası ABŞ-ın “Verizon” provayder şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. O, “Verizon”u şirkətin patentlərindən qanunsuz istifadə etməkdə günahlandırıb.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Texas ştatının federal dairə məhkəməsində qaldırılmış iddiaya əsasən, “Huawei” onlarla telekommunikasiya texnologiyasından istifadəyə görə “Verizon” şirkətinin Çin şirkətinə patent ödəməsini tələb edib. Buna qədər tərəflər bu mübahisənin mümkün həllini müzakirə etmək üçün ABŞ-da bir neçə görüş keçirib, lakin razılığa gəlmək mümkün olmayıb.
“Huawei”in rəsmi nümayəndəsi kompensasiya məbləğinin məhkəmədə müəyyənləşdirilməli olduğunu bildirib.
“Verizon”un sözçüsü isə iddianı “yalançı-piar” adlandıraraq, bunu provayderə və “bütün texnoloji ekosistemə” qarşı “gizli hücum” hesab edib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər