Əsas səhifəQəzaBakıda ŞOK qəza: maşın dairəyə belə girdi - DYP-dən AÇIQLAMA
PAYLAŞ

Bakıda ŞOK qəza: maşın dairəyə belə girdi - DYP-dən AÇIQLAMA

Qəza 07 Fevral 2020 12:25 2086

Bakıda baş verən qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, avtomobil idarəetməni itirərək dairəyə daxil olur. Qəza nəticəsində sürücü xəsarət almasa da avtomobilə ziyan dəyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hadisə bir neçə ay əvvəl baş verib. Şöbə rəisi qeyd edib ki, sürücülər sükan arxasında diqqətli olmalıdırlar. “Xüsusilə günün qaranlıq saatlarında bu diqqət artırılmalıdır. Eyni zamanda işıq cihazlarının düzgün nizamlanması vacibdir. Hətta ərazidə yol nişanı olmasa belə sürücü düzgün vuran işıq cihazları ilə vəziyyəti müəyyən edə bilər.”

Vaqif Əsədov sürücülərin sükan arxasında diqqətini yayındıran vasitələrdən istifadə etdiyini də əlavə edib. “Çox təəssüf olsun ki, bəzi hallarda sürücülər sükan arxasında mobil telefondan istifadə edir. Bu olduqca təhlükəlidir. Xüsusilə taksi şirkətlərinə qoşulan sürücülər sifariş gələn zaman diqqətini yayındırır. Nəticədə də bu cür qəzalar baş verir.”


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020