Əsas səhifəÖlkəBakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO
PAYLAŞ

Bakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO

Ölkə 07 Fevral 2020 13:02 1963

Bakı-Sumqayıt yolunda sürücü avtomobili dövlət nömrə nişanı olmadan idarə edib.

Oxu.Az xəbər verir ki, sürücünün avtomobili bu vəziyyətdə sürdüyünü əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “NAZ Lifan” markalı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində hərəkət edib. Onun nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməsi digər sürücülərin diqqətini cəlb edib.

Avtomobilin sürücüsü bu vəziyyətdə həmin yolda yerləşən “Ekologiya postu”nu da keçib.

Xatırladaq ki, bu halda avtomobilin cərimə meydançasına aparılması qanunla tənzimlənir. İXM-nin 96.1.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edildiyi hallarda avtomobil saxlanılır və cərimə meydançasına aparılır.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020