Əsas səhifəQəzaLənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır
PAYLAŞ

Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır

Qəza 07 Fevral 2020 13:26 1255

Lənkəran rayonunda 50 yaşlı velosipedçini avtomobil vurub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib. 

Belə ki, Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Şahsuvar oğlu Cavadov idarə etdiyi “Ford-Transit” markalı 99 ES 958 dövlət qeydiyyat nişanlı mikroavtobus yolda hərəkət edən velosipedçi - rayonun Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Əjdər oğlu Məmmədovu vurub. 

Yaralı ətrafdakıların yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu sümüyünün yuxarı baş hissəsinin yerdəyişməyən sınığı, qapalı kəllə-beyin travması və sifət nahiyəsinin zədəsi olaraq ilkin diaqnoz qoyulub. 

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020