Əsas səhifəQəza“Wolt” motosikletçisi Bakıda sürücülərə təhlükə yaradır
PAYLAŞ

“Wolt” motosikletçisi Bakıda sürücülərə təhlükə yaradır

Qəza 07 Fevral 2020 13:27 1304

Bakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti yolun əks istiqaməti ilə sürüb.

“Report”un xəbərinə görə, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.

Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.

Bu zaman əks istiqamətlə hərəkət edən motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.

"Report" bildirir ki, bu, “Wolt” və digər daşıma şirkətləri əməkdaşlarının ilk hərəkəti deyil. Məsələ burasındadır ki, bir-biri ilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar. Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020