Əsas səhifəXariciYüz mindən çox “Audi” geri çağırılacaq
PAYLAŞ

Yüz mindən çox “Audi” geri çağırılacaq

Xarici 07 Fevral 2020 13:28 1394

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti ABŞ bazarına çıxardığı 107 min “Audi” markalı avtomobili geri çağıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə Yaponiyanın “Takata” şirkətinin istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırılmasıdır. 

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) bəyan edib ki, “Audi”nin 2000-2001-ci illərə aid “TT Roadster”, 2000-ci ilə aid “TT Coupe”, 1998-ci ilə aid “A8” və 1998-2000-ci illərə aid "A6” və “A8” modelləri geri çağırılacaq. 

Xatırladaq ki, “Takata”nın hava yastıqlarından “Audi” ilə yanaşı, BMW, “Honda”, “Daimler Vans”, “Fiat Chrysler”, “Ferrari”, “Ford”, “General Motors”, “Mazda”, “Mitsubishi”, “Nissan”, “Subaru”, “Toyota” və “Volkswagen” kimi markalar da zərər görüb. Bununla da, dünya üzrə 19 avtomobil istehsalçısı 70 milyon nəqliyyat vasitəsini geri çağırmağa hazırlaşır. “Takata”nın 1995-2000-ci illərdə istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırıldığı avtomobillərin sayının isə bundan çox - 100 milyon olduğu təxmin edilir.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020