Əsas səhifəXariciYolda iki sürücünün mübahisəsi; biri digərini bir yumruqla yerə sərdi
PAYLAŞ

Yolda iki sürücünün mübahisəsi; biri digərini bir yumruqla yerə sərdi

Xarici 07 Fevral 2020 15:02 1620

Rusiyanın Velikix Lukax şəhərində iki sürücü arasında baş verən davanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Xolmsk küçəsində qeydə alınıb.

Kadrlarda, naməlum səbəblərdən iki sürücünün sözlü mübahisə etdikləri, biri digərinə nalayiq sözlər dediyi və bundan əsəbiləşən “Audi”nin sürücüsü də ona yumruqla cavab verdiyi görülür. Bundan sonra o, aldığı zərbənin təsirindən yerə yıxılır.

Hadisə zərərçəkənin xanımının gözü qarşısında baş verib. Elə görüntüləri də o mobil telefon vasitəsi ilə qeydə alıb.


Bildirilir ki, artıq xuliqanlıq edən sürücü barəsində polisə məlumat verilib. “Audi”nin sahibi bölməyə çağırılaraq izahatı alınıb. Digəri isə xəstəxanada müayinədən keçir.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020