Əsas səhifəXariciPilot yardım edən sürücünün üstündən təyyarə ilə keçdi
PAYLAŞ

Pilot yardım edən sürücünün üstündən təyyarə ilə keçdi

Xarici 07 Fevral 2020 15:48 1523

Tailandın “Nok Air” aviaşirkətinə məxsus təyyarə onu çəkən buksirin üstünə çıxıb. Nəticədə buksirin sürücüsü ölüb.

Bu barədə videonu “The Bangkok Post” paylaşıb.

Hadisə bu gün səhər Banqkok şəhərinin “Don Muanq” aeroportunda baş verib.

Məlumata görə, bədbəxt hadisə təyyarə reysə hazırlaşarkən baş verib. Sürücü texniki səbəblərdən buksiri dayandırmalı olub, lakin layner hərəkətə davam edib.

Bədbəxt hadisədə sürücü həlak olub, həmin vaxt kabinədə olan köməkçisi isə yaralanıb.

Sərnişinlər təyinat məntəqəsinə başqa təyyarədə uçmalı olublar.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020