Tailandın “Nok Air” aviaşirkətinə məxsus təyyarə onu çəkən buksirin üstünə çıxıb. Nəticədə buksirin sürücüsü ölüb.
Bu barədə videonu “The Bangkok Post” paylaşıb.
Hadisə bu gün səhər Banqkok şəhərinin “Don Muanq” aeroportunda baş verib.
Məlumata görə, bədbəxt hadisə təyyarə reysə hazırlaşarkən baş verib. Sürücü texniki səbəblərdən buksiri dayandırmalı olub, lakin layner hərəkətə davam edib.Bədbəxt hadisədə sürücü həlak olub, həmin vaxt kabinədə olan köməkçisi isə yaralanıb.
Sərnişinlər təyinat məntəqəsinə başqa təyyarədə uçmalı olublar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər