Əsas səhifəÖlkəRusiyadan Azərbaycan istiqamətindəki - AVTOMOBİL YOLU BAĞLANIB
PAYLAŞ

Rusiyadan Azərbaycan istiqamətindəki - AVTOMOBİL YOLU BAĞLANIB

Ölkə 07 Fevral 2020 15:55 1362

Rusiyadan Azərbaycan və Gürcüstan istiqamətindəki Hərbi Gürcüstan avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.

FED.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Eləcə də bax: Azərbaycanlılar Rusiya sərhədindən - ƏN ÇOX PUL KEÇİRƏNLƏR ARASINDADIR

Məlumatda deyilir ki, avtomobil yolunun Vladiqafqaz şəhəri və Lars yaşayış məntəqəsindən Rusiya sərhədinə kimi olan hissəsi fevralın 7-si səhər saatlarından bütün nəqliyyat vasitələri üçün bağlıdır. Bu, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Baş İdarə əhaliyə göstərilən istiqamətdə nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə edib.


MƏNBƏ: fed.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020