Bakıda kütləvi şəkildə qayda pozan sürücülərin videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sürücülərin əksəriyyəti paytaxtın Hüseyn Cavid prospektində sıxlıq zamanı təhlükəsizlik adacığına daxil olaraq yol nişanlanma xəttinin tələbini pozurlar. Onlar qaydanı bu cür pozmaqla sıxlığı daha da artırırlar. Oxucunun göndərdiyi videodan görünür ki, sürücülər yol polisinin gözü qarşısında qaydanı pozur, lakin polis onları məsuliyyətə cəlb etmir. Sürücülər də məsuliyyətdən kənarda qaldığı üçün qaydaları kütləvi şəkildə pozmağa başlayırlar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər