Əsas səhifəÖlkəSürücülər yol polisinin gözü qarşısında qaydanı pozur
PAYLAŞ

Sürücülər yol polisinin gözü qarşısında qaydanı pozur

Ölkə 07 Fevral 2020 16:18 1306

Bakıda kütləvi şəkildə qayda pozan sürücülərin videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sürücülərin əksəriyyəti paytaxtın Hüseyn Cavid prospektində sıxlıq zamanı təhlükəsizlik adacığına daxil olaraq yol nişanlanma xəttinin tələbini pozurlar. Onlar qaydanı bu cür pozmaqla sıxlığı daha da artırırlar. Oxucunun göndərdiyi videodan görünür ki, sürücülər yol polisinin gözü qarşısında qaydanı pozur, lakin polis onları məsuliyyətə cəlb etmir. Sürücülər də məsuliyyətdən kənarda qaldığı üçün qaydaları kütləvi şəkildə pozmağa başlayırlar.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020