Əsas səhifəÖlkəSürücülər yeni çəkilən yoldan şikayətlənir
PAYLAŞ

Sürücülər yeni çəkilən yoldan şikayətlənir

Ölkə 08 Fevral 2020 11:20 1210

Sürücülər yeni çəkilən yolda geriyədönmə yerlərininaz olduğundan şikayətlənir. Söhbət Yeni Ələt-Astara yolunun Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissəsindən gedir. Sürücülər bu yolda geridönmə yerlərinin az olduğunu deyirlər. Sürücülər iddia edir ki, Astara Masallı istiqamətində geridönüş nöqtələrinin sayı kifayət qədərdi. Amma Biləsuvar və Salyan yolunun arasında bu amil nəzərə alınmayıb.

Məsələylə bağlı Avtomobil yolları Dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, Ələt-Astara Magsitral yolu 1-ci dərəcəli texniki yol olduğu üçün sürücülərin təhlükəsiz hərəkət amili burda əsas prinsip olaraq götürülüb. Bütün beynəlxalq əhəmiyyətli avtomobil yollarında olduğu kimi burda da geridönmə yerləri yayaşayış məntəqələrinə yaxın yerlərdə təşkil edilib.

Anar Nəcəfli onu da bildirdi ki, sürücülər həmçinin alternativ olaraq köhnə yoldan istifadə edə bilərlər.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020