Əsas səhifəQəzaBakıda avtobus sərxoş piyadanı vuraraq ayağını sındırıb
PAYLAŞ

Bakıda avtobus sərxoş piyadanı vuraraq ayağını sındırıb

Qəza 08 Fevral 2020 11:49 1371

Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına əsasən, qəza “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

30 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu sərxoş vəziyyətdə yolu keçən 1970-ci il təvəllüdlü Hətəmi İlqar Mədət oğlunu vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020