Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına əsasən, qəza “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.
30 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu sərxoş vəziyyətdə yolu keçən 1970-ci il təvəllüdlü Hətəmi İlqar Mədət oğlunu vurub.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər