Əsas səhifəNəqliyyatABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib
PAYLAŞ

ABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib

Nəqliyyat 08 Fevral 2020 11:52 1715

ABŞ Venesuelanın “Conviasa” Hava Yollarına məxsus 40 təyyarəni qara siyahıya əlavə edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Maliyyə naziri Stiven Mnuç açıqlamasında bildirib ki, qanunsuz rejimə rəhbərlik edən Maduro Venesuelanın “Conviasa” hava yollarının xidmətindən istifadə edərək dünyadakı korrupsioner rejim məmurları üçün uçuşlar təşkil edirdi.

O, əlavə edib ki, sanksiyaların tətbiqi Venesuela vətəndaşlarının hərəkətinə maneə yaratmayacaq, çünki onlar sanksiyaya məruz qalmayan digər daşıyıcı xidmətlərdən istifadə edə  bilərlər: “Conviasa”a eləcə də təyyarələrinin fəaliyyətini məhdudlaşdırmaqda məqsəd Maduro rejiminin bu aviaşirkətdən sui-istifadəsinin qarşısını almaqdır”. 

ABŞ-ın Dövlət katibi Maykl Pompeo da beynəlxalq birliyi Maduroya qarşı təzyiqləri artırmağa və onu və ətrafındakı korrupsiyalı mühiti təcrid etməyə çağırıb. 

Dövlət Departamentinin məlumatında bildirilib ki, yeni sanksiya “Conviasa” təyyarələrini icarəyə götürmək, almaq, onları yanacaqla təmin etmək, ümumiyyətlə, aviaşirkətlə hər hansı bir müqavilə bağlamağı qadağan edir.

Qeyd edək ki, “Conviasa” Venesuelanın ən böyük aviasiya şirkətidir. 


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020