Əsas səhifəQəzaBakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb
PAYLAŞ

Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb

Qəza 08 Fevral 2020 11:55 1301

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.

APA xəbər veirir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.

O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M. Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Mağaza sahibi Həsən Hüseynov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020