Əsas səhifəQəzaBakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
PAYLAŞ

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qəza 08 Fevral 2020 11:56 1330

Bakının Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində baş verib.

"Lada" markalı nəqliyyat vasitəsi əks istiqamətli yolda gələrkən Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Avtomobillər isə deformasiyaya uğrayıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, "Lada" markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020