Əsas səhifəQəzaİki “VAZ” toqquşdu: 1 ölü - Bərdədə
PAYLAŞ

İki “VAZ” toqquşdu: 1 ölü - Bərdədə

Qəza 08 Fevral 2020 12:18 1285

Bərdə rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 7-də saat 9 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada vəfat edib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020