Bakıda təhlükəli yol nişanı barədə oxucular redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Babək prospektinin sonunda (maşın bazarı kimi tanınan yerdə) səkiyə quraşdırılmış məlumatverici nişan güclü külək əsən vaxtı yerindən tərpənir. Oxucular iddia edir ki, həmin nişanın aşma ehtimalı var.
Qeydə alınmış fotodan aydın şəkildə görünür ki, nişanın alt hissəsində istiqamət verən lövhəni məftillə bərkidiblər. Əsən külək nəticəsində və ya yüngül bir toxunuşla həmin nişan oradan çıxa bilər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər