Əsas səhifəXariciRusiyada marşrut avtobusu “QAZ”a çırpıldı: 7 nəfər xəsarət alıb
PAYLAŞ

Rusiyada marşrut avtobusu “QAZ”a çırpıldı: 7 nəfər xəsarət alıb

Xarici 10 Fevral 2020 13:18 1682

Rusiyanın Tula əyalətində marşrut avtobusunun və yük maşınının iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 10-u səhər saatlarında Tula-Şekino avtomagistralının 33-cü kilometrliyində Koçaki kəndi yaxınlığında qeydə alınıb. Bu barədə DİN-nin Region üzrə Mətbuat xidməti məlumat verib.

Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “QAZ” markalı yük maşını ilə hərəkətdə olarkən yolda qəfildən qarşısına taxta qalıqları çıxıb və tez əyləcə sıxıb. Bu arada eyni istiqamətdə, 114 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu sürücüsü saxlaya bilməyərək yük maşınına arxadan çırpılıb.

Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.


Bildirilir ki, avtobusda 8 sərnişin olub.

Polis faktla bağlı araşdırmalara başlayıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020