Əsas səhifəÖlkəAvtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Ərşad Hüseynov
PAYLAŞ

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Ərşad Hüseynov

Ölkə 10 Fevral 2020 13:47 2114

Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər

Avtobusda kart sisteminə keçidlə yanaşı coğrafi izləmə sisteminin də tətbiq olunması ictimai nəqliyyatda mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olacaq. Avtosfer.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında kart sisteminə keçidlə bağlı tələb qoyması barədə danışarkən deyib. 

Ekspert kart sisteminin paytaxt nəqliyyatına təsirlərindən bəhs edib:

“İctimai nəqliyyatla bağlı ən çox müzakirə olunan məsələ avtobusların kart sisteminə keçməsidir. Bu yenilik vətəndaşların çoxdan gözlədiyi bir məsələ idi. Nəqliyyat sistemi inkişaf etmiş ölkələrdə bu üsuldan istifadə olunur və öz səmərəsini verir. Bu sistemə keçid vaxt itkisinin qarşısının alınması, sürücülərin yollarda daha diqqətli olması, dayanacaqdan kənarda saxlama hallarının azalması baxımından çox vacibdir. Beynəlxalq təcrübə göstərir ki, həmin sistemə keçən avtobusların sürücüləri daha intizamlı və diqqətli olurlar. Son 5-6 ildə istismarda olan və köhnə hesab edilən avtobuslarda kart sisteminə keçidlə əlaqədar irəliləyişlər qeydə alınır”.

"Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər"

Ekspert avtobuslarda kart sistemi ilə yanaşı coğrafi izləmə sisteminə keçidin əhəmiyyətindən də danışıb: “Digər bir məsələ də budur ki, artıq paytaxtdakı avtobuslara coğrafi izləmə sistemi (GPS) quraşdırılmasına başlanılıb. Türkiyədən yeni gətirilən avtobuslarda bu sistem var. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, avtobusun bütün hərəkətinə mərkəzdən nəzarət olunur. Yəni avtobus hansı sürətlə hərəkət edir, hansı ərazidədir, dayanacağa çatanda və dayanacaqdan çıxanda normal, yoxsa qəfildən saxlayır, dayanacaqdan kənarda dayanırmı və s. kimi problemlərə nəzarət etmək mümkündür. Hesab edirəm ki, avtobuslarda həm kart, həm də izləmə sisteminin quraşdırılması, Bakıda avtobus sürücülərinin işinə müsbət mənada təsir edəcək. Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər. Təbii ki, bütün sadalanan məsələlərin həllini tapmasında daşıyıcı şirkətlərdən də çox şey asılıdır”.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020