Əsas səhifəQəzaSulutəpə dairəsindəki dəhşətli qəzanın görüntüləri
PAYLAŞ

Sulutəpə dairəsindəki dəhşətli qəzanın görüntüləri

Qəza 10 Fevral 2020 14:50 1053

Yollarda baş verən qəzaların səbəbini araşdırdıqda məlum olur ki, qəza ya hansısa sürücünün qanuna riayət etməməsi, ya da diqqətsizliyi ucbatından baş verir. Lakin bəzən avtomobillərin nasazlığı səbəbindən də faciəvi qəzalar baş verir. Avtosfer.az təqdim etdiyi görüntü "təhlükəsiz şəhər" kamerası tərəfindən qeydə alınıb. Görüntülərdən aydın şəkildə görünür ki, "Kia" markalı mikroavtobusun sürücüsü Sulutəpə qəsəbəsində yerləşən dairəyə əks istiqamətdən daxil olaraq dairə boyunca hərəkət edən üç avtomobilə çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişinlər bədən xəsarəti alıb. Qəzanı törədən sürücü isə bir müddət şok vəziyyətində olub.

Sürücülərə nasaz avtomobillərlə yola çıxmamalarını və avtomobili idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik. Çünki hərəkət zamanı hər hansısa bir nasazlıq və ya diqqət yayınması baş verərsə bu cür ağır qəzalara yol aça bilər.  Nəticədə dəmir barmaqlıqlar arasında illərinizi hədər verməli olacaqsınız.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020