Əsas səhifəMaraqlıYol polisi qarlı yolda qalan idmançıları belə xilas etdi
PAYLAŞ

Yol polisi qarlı yolda qalan idmançıları belə xilas etdi

Maraqlı 10 Fevral 2020 15:25 1725

Şaxtalı hava qarla müşahidə olunduğundan axşam saatlarında Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti üçün xeyli çətinlik yaradıb. Bu isə ötən gecə nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Yolda qalanlar sırasında Gədəbəydən idman yarışında qayıdan yeniyetmələrdə olub.

Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları mikroavtobusun yolda qaldığını görüb nəqliyyat vasitəsinə yaxınlaşaraq yeniyetmələri təxliyə ediblər. İsti məkana aparılanlara qida və isti içki təklif olunub. Bir müddət sonra nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə yoluna davam edilməsi üçün müvafiq işlər görülüb.

Yol polisləri gecə yolda qalan digər nəqliyyat vasitələrinin sürücülərinə də köməklik göstərərək təbliğat xarakterli söhbətlər aparılıb. Bildirilib ki, havaların qarlı-buzlu keçməsi ilə əlaqədar mövsümi şinlərlə təchiz edilməyən nəqliyyat vasitələrdən etmək zəruridir. Yol polisi xüsusilə də dağlıq ərazilərdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə qış mövsümünə uyğun təhlükəsiz qaydalarına əməl olunmasını tövsiyə edib.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020